Rusiya ilə Azərbaycan sərhədində yaranan qarşıdurma zamanı 90 azərbaycanlı saxlanıb. 10 nəfərə cinayət işi açılıb. Bu barədə Rusiyanın rəsmi informasiya agentliyi olan Ria novosti məlumat verir. Agentlik diplomatik mənbələrə istinadən yazır ki, yaxınlarda Azərbaycan nümayəndə heyətinin də Dağıstana səfəri gözlənir. İyunun 15-də Azərbaycan vətəndaşları ilə polis arasında qarşıdurmaya görə hakimiyyət nümayəndəsinin həyatına təhlükəli olan zorakılıq, başqasının əmlakına qəsdən zərər vurma ittihamları cinayət işi açılıb. Rusiya rəsmiləri hadisədə doqquz polis əməkdaşının xəsarət aldığını, beş xidməti avtomobilə ziyan dəydiyini bildirir.
Arxiv
-
Avqust 08, 2025
Əliyevlə Paşinyanın razılaşdığı 'Tramp yolu' nədir?
-
Avqust 08, 2025
Sülh sazişi, yoxsa memorandum?
-
Avqust 08, 2025
Müharibədən sonra Əliyev-Paşinyan görüşlərinin xronologiyası
-
Avqust 07, 2025
Vaşinqton görüşündə 'Tramp marşrutu' razılaşdırıla bilər
-
Avqust 05, 2025
'Hər iki tərəf konkret nəsə təklif edərsə, bu görüş baş tutacaq'