Keçid linkləri

2025, 08 Avqust, Cümə, Bakı vaxtı 21:54
Əliyev, Tramp, Paşinyan
Əliyev, Tramp, Paşinyan

Canlı Ağ evdə sülh sammiti

Avqustun 8-də İlham Əliyevlə Nikol Paşinyan Ağ evdə bir sıra sənədlər imzalayacaqlar. Birgə bəyannamə ilə münasibətlərin tam normallaşması rəsmiləşdiriləcək. Azərbaycan və Ermənistan xarici işlər nazirləri aylardır müzakirə olunan ikitərəfli sülh sazişinin mətnini paraflayacaqlar.

'Tramp marşrutu' üzrə danışıqlar gələn həftə gözlənilir

ABŞ-də yaşayan jurnalist Ələkbər Raufoğlu ölkə rəsmilərinin bugünkü ABŞ-Ermənistan-Azərbaycan görüşü barədə əlavə informasiya verdiyini açıqlayıb.

Sülh sazişinin əsas hissəsi olan "Tramp marşrutu" (TRIPP) Ermənistanın suverenliyinə hörmət çərçivəsində maneəsiz əlaqəni təmin edəcək.

Administrasiya yol xəritəsinin detallarını gerçəkləşdirmək üçün dərhal işçi qruplar yaradacaq. "Tramp marşrutu" üzrə danışıqların gələn həftə başlaması gözlənilir.

Bir rəsmi deyib ki, artıq doqquz müxtəlif operator bu layihəyə maraq göstərib, onların üçü ABŞ-dəndir.


Avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin sülh sammiti dünya mediasının da gündəmindədir.


Sülh sazişi, yoxsa memorandum?

Əliyev Uitkoff ilə görüşdü

Avqustun 7-də Azərbaycan prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşüb. Xəbəri AZƏRTAC yayıb.

Əliyevin və Uitkoffun iştirakı ilə SOCAR-la "ExxonMobil" şirkəti arasında "Əməkdaşlıq haqqında Memorandum" imzalanıb.

Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.

Prezident Əliyevin Uitkoffla görüşündə iki ölkənin strateji müstəvidə əməkdaşlığının inkişaf perspektivləri, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi və regiondakı sülh gündəliyi müzakirə olunub.

Davamı

XS
SM
MD
LG